19 
May
2021
12:55
758

Aluda Ğuduşauri: "Saakaşvili iflas etmiş, uğursuz bir siyasətçidir"

"Mixail Saakaşvili Gürcüstanda iflas etmiş bir siyasətçi, mühakimə olunan, xarici ölkə vətəndaşı, uğursuz bir siyasətçidir".

InterPress.ge xəbər verir ki, bu barədə çoxluğun millət vəkili Aluda Ğuduşauri söyləyib.

Ğuduşaurinin sözlərinə görə, "Milli Hərəkat" ın belə bir adamın yanına getməsi və rəyini istəməsi utancvericidir.

"Cənab Saakaşvili dəfələrlə insanları gələcəyi ilə təhdid etdi və ya söz verdi. Görünür, Gürcüstana gələcəyi təqdirdə məhkəmə qarşısında duracağı və bir neçə il həbs cəzası alacağını başa düşdü. Görünür ki, bu dəfə də cəsarəti yetmir. Cənab Saakaşvili bir neçə epizodda məhkumdur və eyni zmanda Gürcüstan vətəndaşı deyil. Siyasi proselərdə iştirak etmək barədə danışanda, cənab Saakaşvili Ukrayna siyasətində iştirak edir. Orada uğura nail ola bilmədiyi zaman, burada prosesləri bir-birinə qatmağa çalışır. Gürcüstan Saakaşviliyə növbəti dəfə ləyaqətini təhqir etdirəcək bir ölkə deyil, Saakaşvili Gürcüstanda iflas etmiş bir siyasətçi, mühakimə olunan, xarici ölkə vətəndaşı, uğursuz siyasətçidir. "Milli Hərəkat"ın rəhbərlərinin, partiya nümyəndələrinin, əcnəbi vətəndaşın, mühakimə olunanın yanına getmələri və rəyini istəməli utancvericidir", - deyə Aluda Ğuduşauri qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər