10 
Apr
2020
16:05
587

Natia Turnava: "Gürcüstanda istehsal edilən tibbi-maskalara böyük tələb var"

“Baxmayaraq ki, ilk gündə əczanələrə hələlik, sadəcə 400 min ədəd maska daxil etdik, onlara tələb böyük idi”.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava bildirib.

Nazirin dediyinə görə, əczanə şəbəkələrinin birində maskaların 70 faizi satıldı və onlara böyük tələb var.

“Çalışacağıq ki, yaxın zamanda daha çox tibbi-maska istehsal edilsin və bazarda mövcud olan tələbi qarşılaya bilək. Maskaların vizual tərəfinə gəlincə isə, zövqlər fərklənir, ancaq, mənim fikrimcə, maskamız vizual cəhəddən də yaxşıdır. Hətta, deyə bilərəm ki, gürcü istehsalı olan maskalar xarici brendlər tərəfindən təqdim edilən maskalardan ços daha yaxşıdır. Keyfiyyət baxımından isə, Luqar laboratoriyası tərəfindən yoxlanılıb və Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rekomendasiyaları ilə hazırlanıb” – dedi Natia Turnava.

Bizimlə əlaqə saxlayın