Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı ACT Təşkilatının idarə heyətinin üzvləri ilə görüşdü
Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının ofisində görüş baş tutub.
InterPress.ge xəbər verir ki, görüş ACT Təşkilatının idarə heyətinin üzvləri ilə baş tutub.
18 may tarixində baş tutan görüşdə Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev təşkilatın fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verib.
Daha sonra ACT təşkilatının nümayəndələri təşkilatın fəaliyyəti haqqında danışıblar.
Görüş əsnasında gənclərə yönəlik fəaliyyət prinsipləri müzakirə olunub. Əsasən də gəncləri pis vərdişlərdən və narkomaniyadan qoruma yolları ilə bağlı görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.
ACT təşkilatının həyata keçirmək istədiyi layihələr haqqında da müzakirələr aparılıb və GYMD-nin bu layihələrin bəzilərinə dəstək olacağı da bildirilib.


