Marneulidə ağır yol qəzası baş verdi - Yaralılar var - FOTO
Bu gün Marneuli bələdiyyəsində yol qəza hadisəsi baş verdi.
InterPress.ge xəbər verir ki, qəza Şulaver- Sadaxlı avtomobil yolunda "Opel" markalı avtomobil ilə "Ford" markalı avtomobil bir- birilə toqquşub.
Şahidlərin açıqlamalarına görə, qəzaya səbəb "Opel" markalı avtomobilin qarşısına velosipedçi keçməsi olub.
Şahidlərin bildirdiklərinə görə, "Opel" markalı avtomobilin qarşısına anidən hərəkətdə olan velosiped keçib. Sürücü velosipedçini vurmamaq üçün yoldan çıxan zaman "Ford" markalı avtomobil ilə toqquşub.
Şahidlərin sözlərinə görə, sürücülərin birinin vəziyyəti ağır, digərinin isə vəziyyəti yüngüldür.
Polis əməkdaşının verdiyi məlumata görə, xəstəxanadan sürücülərin sağlamlığı ilə bağlı müvafiq arayış götürüldükdən sonra istintaqa başlanılacaq.



