10 
Apr
2020
14:02
2850

Koronavirusun yayılması səbəbindən iki rayon ciddi nəzarət altına alınır - VİDEO

Koranavirusun yayılmasının qarşısını almaq üçün Tsaqeri və Lentexi bölgələrindən giriş və çıxışlarda əlavə keçid məntəqələri quraşdırılır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Martın 21-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejimi fəaliyyət göstərir. Beynəlxalq və daxili əhəmiyyətə malik magistral yollarda, təxminən 30-a yaxın nəzarət məntəqələri qurulub, burada polis və hərbiçilər gediş gəlişə nəzarət edir. Bütün nəzarət məntəqələrində hərbi həkimlər sərnişinlərin və sürücülərin istiliyini yoxlama üçün səhra xəstəxanaları yaradılıb. Bundan əlavə, məntəqələrdə nəqliyyat vasitələrinin dezinfeksiya edilmə işləridə aparılır. Daxili İşlər Nazirliyinin əməkdaşları fövqəladə hallar zamanı qüvvədə olan hərəkət qaydalarına riayət olunmasına nəzarət edirlər. Xüsusilə, avtomobildə üç nəfərdən çox ola bilməz, onlardan ikisi arxa oturacaqda olmalıdır.

“Lentexi və Tsaqeri bələdiyyələrində, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi ilə birlikdə 24 saatlıq rejimdə karantin məhdudiyyətlərinə nəzarət edəcək məntəqələr yaradıldı. Vətəndaşlara bu məhdudiyyətlər barədə ətraflı məlumat verəcəyik və lazım olduqda kömək edəcəyik.", - dedi patrul müfəttişi Mirzə Kiriya.

Lentexi və Tsaqeri, Aşağı Svanetinin qonşu iki dağlıq bölgəsidir. Orada 10 mindən çox insan yaşayır. Əsasən bunlar kənd təsərrüfatı ilə məşğul olan pensiya yaşına çatmış insanlardır.

Aprelin 8-də Lentexidə koronavirus infeksiyasının ilk halı təsdiqlənib. Xəstənin ünsiyyətdə olduğu insan sayı 50 nəfərdən çox olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər