18 
May
2021
14:07
570

Ümumi Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Dmanisidə baş verənlərə münasibət bildirdi

"Dmanisidəki hadisələrin etnik qarşıdurmaya çevrilməsi təhlükəsi var idi".

InterPress.ge xəbər verir ki, bu barədə Ümumi Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov açıqlama verib.

O, keçirilən mətbuat konfransında belə bir hadisənin bir daha təkrarlanmayacağına ümid etdiyini bildirdi.

"Bu fakt bizi çox üzdü. Ən acınacaqlısı qeyd olunan hadisənin kəndlərə, bölgələrə, şəhərlərə yayılması idi. Bunun etnik qarşıdurmaya çevrilməsi təhlükəsi var idi. Bu məsələ 3 aspektdə nəzərdən keçirilməlidir. Niyə baş verdi, bu nəticə ilə niyə bitdi və bundan sonra gedişat necə ola bilər sualı verilməlidir. Bölgədə görüşlər keçirdiyimiz zaman real vəziyyətlə yerində tanış olduq və səbəblərini araşdırdıq. Bölgədəki oxşar hadisələr hər zaman geniş miqyaslı bir qarşıdurmaya çevrilmədən baş vermiş və həll edilmişdir. Təəssüf ki, baş verən oxşar faktlar nə hüquqi baxımdan qiymətləndirildi, nə də ictimai reaksiya oldu. Bir çox hallarda medianın vəziyyəti qərəzli şəkildə işıqlandırması və ya bir tərəfin maraqlarını müdafiə etməsi kədərli bir həqiqət idi, bu da cəmiyyətin mənfi reaksiyalarına səbəb oldu. Hər iki tərəf barışmaq istədi. Hadisə zamanı küt əşyalar istifadə edilmişdi. Hamımız cinayətkarın qanun çərçivəsində cəzalandırılması lazım olduğuna razıyıq.Problem problem olaraq qalır, amma bizim üçün əsas olan prosesləri dayandırmaqdı. Sülh bərpa olundu, lakin gələcəkdə təhlükədən sığortalı deyilik"- Ramin İgidov.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər