18 
May
2021
10:32
348

Penitensiar müəssisələrdə peyvəndlənmə prosesi başlayır

Koronavirusun yayılmasının qarşısını almaq üçün Xüsusi Penitensiar Xidmətin məhkumları peyvənd olunmağa başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, 18 May tarixində Qequti №14; 8 saylı Qldani və 5 saylı Rustavi Qadın həbsxanalarında məhkumlar peyvəndlənəcəklər.

Onlara qeyd etdiklərinə görə, peyvəndlənmək istəyən məhkumlara peyvəndlənmək imkanı verilir.

"Hazırda Qequtidə 90, Qldanidə 120 və Rustavidə 30 belə məhkum var. Peyvəndləmə prosesi tövsiyələrə tam uyğun olaraq tibb işçilərinin nəzarəti altındadır. Reanimatoloqlar və reanomobillər, mümkün fəsadlara və yan təsirlərə tez və təsirli müdaxilə etmək üçün cəzaçəkmə müəssisələrinə səfərbər olunublar. Məhkumların könüllü peyvəndi Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzi (NCDC) və Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir. Proses tədricən Gürcüstandakı bütün cəzaçəkmə müəssisələrini əhatə edəcək"- məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər