18 
May
2021
08:47
600

Mdinaradze Dmanisidə baş verənlə bağlı: "Etnik qarşıdurmaya çevirmək cəhdi oldu"

"Dmanisidə baş verən hadisələrlə əlaqədar münaqişəni etnik qarşıdurmaya çevirmək cəhdi oldu".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" fraksiyasının sədri Mamuka Mdinaradze deyib.

Mdinaradzenin siyasi şuranın bitməsindən sonra jurnalistlərə söylədiyinə görə, etnik mövzulara bağlanan həssas məsələlər var və burada siyasi baxışlarından asılı olmayaraq bütün insanlar bir yerdə olmalıdırlar.

“Xoşbəxtlikdən əminliklə deyə bilərik ki, problem aradan qaldırıldı, bu çox yaxşıdır. Həbs etməyin və ya etməməyin dünən bu problemi aradan qaldırıb-qaldırmayacağını söyləmək çox çətindir. Bir qrup insan bu qarşıdurmanı etnik qarşıdurmaya çevirməyə və qəbuledilməz bir çalar verməyə çalışdı. Siyasi baxışlarından asılı olmayaraq hər hansı bir insan bu cür kritik və riskli vəziyyətlərdə hökumətin, polisin və ya kiminsə tərəfində deyil, həqiqət və həll yollarını axtarmağın tərəfində durmağa çalışmalıdır ki, bu gün görünən kimi ciddi bir risk yaranmasın. Bunun əvəzinə onu dərinləşdirdilər. Bu dəqiqə də televiziyada bir fikir səslənir və həll olunan problemə baxmayaraq, bu problemi daha da dərinləşdirməyə çalışırlar. Çox həssas olan, hər hansı bir şəxsin subyektiv siyasi baxışından asılı olmayaraq bir yerdə dayanması lazım olan məsələlər var və burada birlikdə dayanmalıyıq. Bu, problemin həllini daha da asanlaşdıracaq”, - dedi Mdinaradze.

Məlumat üçün bildirək ki, Dmanisidə qarşı tərəflərin görüşü münaqişəyə son qoyulması barədə razılaşma ilə başa çatıb. Tərəflər Dmanisi bələdiyyə binasında barışıq əlaməti olaraq əl tutublar.

Bizimlə əlaqə saxlayın