Gürcüstanın İsraildəki səfirliyi fövqəladə açıqlama yayaraq vətəndaşları diqqətli olmağa çağırıb.
InterPress.ge xəbər verir ki, səfirlik bu barədə sosial şəbəkədə bəyanat yayıb.
"Diqqət! Təl-Əvivdə və dolayısıyla ölkənin mərkəzində hava hücumları olduğu barədə məlumat yayılır.
Yaşayış evlərinə qayıdın! Sığınacağın əlçatmaz olduğu açıq yerdə dayanmayın.
Şəhərlər: Aşkelon, Şderot, Aşdot, İavne, Qadera, Bat Yam, Lodi, Ramle, Xulon, Rişon Leçion, Ramat Qan, Qivataim, Oreuda, Petax Tikva, Bnei Brak və ətrafı təhlükədədir.
Xahiş edirik ki, əsas təhlükəsizlik qaydalarına əməl edin", - deyilir bəyanatda.
