17 
May
2021
20:21
5728

SON DƏQİQƏ! Dmanisidə razılıq əldə olundu

Şərqi Gürcüstan Müftisi Etibar Eminov Dmanisidəki qarşıdurmadan sonra tərəflərin barışdıqlarını söyləyib.

InterPress.ge xəbər verir ki, bu barədə müfti səlahiyyətlilər və qarşı tərəflər arasındakı görüşdən sonra bildirib.

"Gərginləşmək təhlükəsi olan yerdə qarşıdurmanın bütün tərəflərin - ruhanilərin, dövlətin, əhalinin iştirakı ilə razılığa gəlməsinə görə çox şad və xoşbəxtəm, bir-birlərini bağışladılar, barışdılar və bu çox sevindirici və xoş qarşılanır. Əminəm ki, xalqımız münaqişənin böyüməsinə imkan verməyəcək. Gürcüstanda yaşayan hər bir etnosun bir məqsədi olmalıdır, əl-ələ verək və güclənmək üçün birlikdə çalışaq", - dedi Şərqi Gürcüstan Müftisi Etibar Eminov.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər