Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Dmanisidə baş verənlərlə bağlı bəyanat yaydı

2,366
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Dmanisidə baş verənlərlə bağlı bəyanat yaydı
Dinləmək üçün basın

Gürcüstanda yaşayan azərbaycanlıları hadisədə təmkinli və diqqətli olmağa, təxribatlara uymamağa və Gürcüstan qanunları çərçivəsində hərəkət etməyə çağırırıq.

Gürcüstanda yaşayan azərbaycanlıları hadisədə təmkinli və diqqətli olmağa, təxribatlara uymamağa və Gürcüstan qanunları çərçivəsində hərəkət etməyə çağırırıq.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

Onların sözlərinə görə, Dmanisidəki hadisə komitənin diqqət mərkəzindədir.

“16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib.

Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib.

Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da inkar edilmir.

Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.

Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır.", - komitənin bəyanatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →