InterPress.ge xəbər verir ki, bir qrup insanla avtomobildə olan vətəndaş arasında fiziki qarşıdurma olub.
Avtomobili dəyənəklər və daşlarla zədələyiblər. Avtomobildə yerli azərbaycanlı olub.
Polis hadisə yerindədir, bələdiyyəyə gedən yol isə polis avtobusu ilə bağlanıb.
Qeyd edək ki, bəzi insanlar yolun bağlanması səbəbiylə maşınlarını oradaca qoyub Dmanisi tərəfə piyada gedirlər.

