Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çinin Gürcüstandakı səfiri ilə görüşdü
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çinin Gürcüstandakı səfiri Li Yan ilə görüşüb.
lnterPress.ge xəbər verir ki, bu barədə hökumət rəhbərliyindən məlumat verilib.
Məlumata görə, hökumət administrasiyasında keçirilən görüşdə KOVID-19 dövründə Çin hökuməti ilə sıx əməkdaşlıq, habelə peyvəndlərin alınması prosesində Çinin yardımları müzakirə edilib.
Baş nazir, Çinin Gürcüstana 100.000 doza "Sinovac" peyvəndi hədiyyə etməsinə görə səfirə təşəkkür edib və əlavə dozada peyvəndin qısa müddətdə çatdırılmasının vacibliyini vurğulayıb.
Görüşdə iki ölkə arasındakı münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib. Gürcüstan və Çin arasında son illərdə daha da inkişaf edən yüksək tərəfdaşlıq səviyyəsi qeyd edilib.
Baş nazir və səfir həmçinin iqtisadi və ticari sahələrdəki mövcud münasibətləti də müzakirə ediblər. Ticarət və iqtisadi əməkdaşlığın daha da dərinləşməsində Çin ilə sərbəst ticarət razılaşmasının əhəmiyyəti vurğulanıb. Pandemiyanın bu istiqamətdə bəzi çətinliklər yaratdığı qeyd edilib və ticari-iqtisadi göstəricilərin və ikitərəfli gediş-gəlişin tezliklə pandemiya öncəsi nisbətlərə qayıdacağına ümidvar olduqlarını bildiriblər.


