09 
Apr
2020
19:37
1582

Aqro mağaza sahibləri: Rustavidən gübrə gətirə bilmədiyimiz üçün Marneulidə süni qiymət artımı yaşanır

Marneulidə yerləşən aqro mağazalarda Rustavidə istehsal olunan gübrə qıtlığı yaşanır.

Bu haqda InterPress.ge-yə mağaza sahibləri müraciət edib.

Onlar müraciətlərində qeyd edirlər ki, Marneuliyə həmin gübrədən gətirilməyində səlahiyyətli şəxslər kömək etmələrini istəyirlər.

"Bizim "Rustavi Azot" fabrikindən gübrə gətirməyimiz üçün ora gedib sıraya yazılıb gözləməyimiz lazımdı. Bizi ora gedə bilmədiyimiz üçün bizə oradan göndərilmir. Elə bir vasitə yoxdur ki, əlaqə saxlayaraq gübrə gətizdirək. Bunun üçün biz səlahiyyətli şəxlərə müraciət edirik ki, Rustavi gübrə zavoduna Marneuliyə gübrə göndərmələri üçün müraciət etsinlər", - deyə mağaza sahibləri müraciət edir.

Mağaza sahiblərinin verdikləri məlumata görə, hazırda Marneulidə sözü gedən Rustavi gübrəsindən azdır və gedib gətirməyə icazə verilmir. Bildirilir ki, bu gübrəyə bu vaxtlar kənd təsərüfatı üçün təlabat olur və kənd təsərrüfatı üçün önəmli gübrədir.

Onlar bildirirlər ki, hazırda Marneulinin nadir mağazalarında bu gübrələrdən tapılır ancaq baha qiymətə satılır.

"Həmin gübrənin yerində biz 34 lariyə alırdıq və 38 lariyə gətirib satırdıq. Hazırda isə həmin gübrədən tapılmadığı üçün süni qiymət artımı baş verir və kimdə varsa 50-55 lariyə satırlar", - mağaza sahibləri qeyd edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər