Marneuli sakinlərinin nəzərinə: Pensiya avtomobillərinin kəndlərə gedəcəyi tarix açıqlanıb
“Liberty Express” 3 aprel tarixindən yenidən Marneulinin kəndlərinə getməyə başlayıb.
InterPress.ge Marneuli Radio-suna istinadən xəbər verir ki, “Liberty Bank”-ın avtomobilləri kənd sakinlərinə şəhərə gəlmədən pensiya və sosial yardımlarını almağa imkan yaradır.
Belə ki, "Liberty Express" 8 aprel tarixinədək Marneuli rayonunun 8 kəndinə gedib. Sadaxlı, Tamarisi, Tsereteli, Saimerlo, Qızılhacılı, Qaçağan, Qasımlı, Ağaməmmədli, Şaumyan, məcburi köçkünlərin məskunlaşdığı məntəqə, Sioni və Tserakvi – bu “Liberty Express”-in aprel ayında artıq getdiyi kəndlərin siyahısıdır.
Aşağıda göstərilən siyahıdan isə "Liberty express"-in sizin kəndə nə vaxt gələcəyini öyrənə bilərsiniz:
Aşağı Saral, Yuxarı Saral, Axlı Lələ, Dəmyə Görarxı – 10.04.2020
Sabirkənd, Algeti, Təzəkənd, Əzizkənd – 11.04.2020
Dəmyə, Kirovka – 13.04.2020
Baydar, Kürtlər, Böyük Muğanlı – 145.04.2020
Tsopi, Güllübağ, Xocorni, Ağkörpü – 15.04.2020
Birinci Kosalı, İkinci Kosalı, Kəpənəkçi, İlməzli – 16.04.2020
Aşağı Qullar, Yuxarı Qullar, Qırxılı – 21.04.2020
Araflı, Yenikənd, Seyid Qocalı, Quşçu – 22.04.2020
Lejbəddin, Kirəç Muğanlı, Keşəli – 24.04.2020
Qeyd edək ki, “Liberty Express” kəndlərdə saat 10:00-dan 17:30-dək olacaq.


