Gürcüstanın baş naziri vətəndaşlara müraciət etdi
"Hərkəsə müraciət edirəm ki, ilk simptomlar görünəndə, 112 xidmətinə zəng etsin".
InterPress.ge xəbər verir ki, bu haqda baş nazir Qiorqi Qaxaria "112" ofisini ziyarət edərkən bildirib.
Hökumət başçısı, vətəndaşların telefonla tibbi məsləhət almalarını təmin edən yeni 112 funksiyasının əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, ilk simptomlarda insan xəstəxanaya qaçmamalı, 112-yə zəng etməlidir və vətəndaşlara nə edəcələri ilə bağlı həkimlər telefonda məsləhıt verəcək.
"Hərkəsə müraciət edirəm ki, ilk simptomlar görünəndə, özünüzü pis hiss etdikdə, yüngül temperatur keçirdiynizdə, nəfəs almaq çətinləşməsi olarsa, ilk vəzifə Gürcüstanın istənilən nöqtəsindən 112-yə zəng etməkdir.", - dedi Qaxaria.
Qaxaria 144 nömrəyə zəng mərkəzinə gələn zənglər əhəmiyyətli dərəcədə azaldığını və əhali fövqəladə vəziyyətin spesifikasını artıq detallı şəkildə bildiyini deyib.
Dövlət başçısının dediyinə görə, 144 zəng mərkəzi əhaliyə fövqəladə vəziyyət haqqında detallı məlumat vermək və onların suallarını cavablandırmaq üçün yaradılıb.


