Yaxın günlərdə Şərqi Gürcüstanın bəzi bölgələrində temperaturun artacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
14-17 may tarixlərində gecə və axşam saatlarında şimşək çaxacağı və dolu ilə qısamüddətli yağış yağacağı gözlənilir.
Tbilisidə gecə və axşam şimşək çaxması və qısamüddətli yağış müşahidə oluna bilər.
Hava istiliyi +28, +30 dərəcə olacaq.
