Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ganiaşvili: "İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən turizm sənayesi peyvənd prioritet qruplarına əlavə edildi"

733
Ganiaşvili: "İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən turizm sənayesi peyvənd prioritet qruplarına əlavə edildi"
Dinləmək üçün basın

"İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən turizm sənayesi peyvənd prioritet qruplarına əlavə edildi və sektor bu prosesə maksimum dərəcədə cəlb edildi".

"İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən turizm sənayesi peyvənd prioritet qruplarına əlavə edildi və sektor bu prosesə maksimum dərəcədə cəlb edildi".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm İdarəsinin rəhbəri vəzifəsini icra edən Medea Ganiaşvili açıqlama verib.

"Peyvəndləmə müddətində, Gürcüstan turizmin prioritet bir sektor kimi göstərildiyi ölkələr arasındadır və bildiyiniz kimi, Gürcüstan bütün bölgədə sektor üçün peyvəndləmənin başladığı ilk ölkədir. Turizm sektoru maksimum dərəcədə məlumatlandırılır və qeydiyyat prosesində iştirak edir. Bazamızda qeydiyyatdan keçmiş bütün şirkətlərə məlumat vermişik. İlk mərhələdə hüquqi şəxslərin qeydiyyatı başladı, bununla birlikdə sektorun tələblərini davamlı olaraq nəzərdən keçiririk və fərdi sahibkarlarda artıq bazaya əlavə edilmişdir. Yaşayış yeri, yemək müəssisəsi, turizm şirkəti və ya tur operatoru olan hər hansı bir hüquqi və ya fərdi sahibkar veb saytımızda peyvənd üçün işçilərə qeydiyyatdan keçmə imkanı əldə edir"- dedi Medea Ganiaşvili.

Turizm sektorunun nümayəndələrini peyvənd etmək üçün qeydiyyat forması veb saytda mövcuddur-– https://gnta.ge/ge/registration-form/.

Medea Ganiaşvilinin sözlərinə görə, qeydiyyat mayın 6-da başlayıb və təxminən 2000 nəfər artıq qeydiyyatdan keçib. Peyvəndləmə prosesi isə 13 mayda başladı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →