13 
May
2021
23:16
554

Şalamberidze: "Bölgədəki epidemioloji vəziyyət kritik deyil"

İmeretinin Dövlət Nümayəndəsi Zviad Şalamberidze Kutaisi Bələdiyyəsi merinin müavini İrakli Karkaşadze ilə birlikdə kovidklinika nümayəndələri ilə görüşdülər və bölgədəki epidemioloji vəziyyət haqqında ətraflı məlumat aldılar.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Nümayəndəsinin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, tərəflər koronavirusa yoluxanların sayını və tibb müəssisələrindəki çarpayı sayını müzakirə etdilər.

"Bu mərhələdə bölgədəki mövcud epidomoloji vəziyyət kritik deyil və tam idarə edə bilərik. Hər bir tibb müəssisəsinin Kovid-19-u idarə etmək təcrübəsi var və bu günə qədər çəkdikləri zəhmət nəticəsində pandemiyanı idarə etdilər.
Bölgədə kifayət qədər çarpayı fondu var və bu mərhələdə 1500-ə qədər yeri səfərbər edə bilərik. Ümid edirəm bu günlərdə virusa yoluxanların sayında artım olmayacaq və mövcud yataq fondundan tam istifadə etməyimizədə ehtiyac olmayacaq. Əsas olan pandemiyanı düzgün idarə etməkdir. Əhali tövsiyələrə əməl etməli və immunizasiya prosesində fəal iştirak etməlidir. Kovid-19 peyvəndi infeksiyaya qarşı təsirli və təhlükəsiz bir müdafiə vasitəsidir."- Dedi Zviad Şalamberidze.

Məlumat üçün bildirək ki, Son 24 saat ərzində İmeretidə 81 yeni yoluxma halı, qeydə alınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər