Nazir Ramazan bayramı münasibətilə vətəndaşları təbrik etdi
"Müqəddəs Oruc ayının sonu olan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar və firavanlıq diləyirəm".
InterPress.ge xəbər verir ki, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani Gürcüstanda yaşayan müsəlmanları Ramazan Bayramı münasibəti ilə təbrik edir.
"Gürcüstan tarixən etnik, dini və mədəni müxtəlifliyi ilə seçilir. Əsrlər boyu müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələri Gürcüstanda bir-birlərinin inanclarına hörmətlə yanaşaraq və ölkənin inkişafına və möhkəmlənməsinə mühüm töhfələr verərək mehriban yaşadılar. Bu gün bu bənzərsiz ənənələr dövlət siyasəti çərçivəsində qorunub saxlanılır. Gürcüstan hökuməti çox etnik və çox konfessiyalı cəmiyyətimizdə vətəndaş bərabərliyi prinsiplərinin və qarşılıqlı hörmət ənənələrinin gücləndirilməsi üçün səylərini əsirgəməyəcək"- Tea Axvlediani.


