09 
Apr
2020
09:08
749

Dünyada koronavirusla bağlı statistika

Dünyada koronavirusa yoluxanların sayı artıb.

InterPress.ge xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikasını aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 504 971 nəfərə çatıb.

Qeyd edilir ki, virusa 200-dən çox ölkədə demək olar, 88 min insan yoluxub.

Koronavirusa ən çox yoluxma ABŞ-da aşkarlanıb. Son məlumatlara görə, Birləşmiş Ştatlarda COVID-19 yoluxma ilə bağlı 424 945 hal qeydə alınıb. Daha əvvəl bildirilirdi ki, ABŞ-da koronavirusa qurbanlarının sayı 14 min nəfəri ötüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın