Gürcüstanda "Sinovak" ilə peyvəndləmə prosesi bu vaxtdan başlayacaq
Gürcüstanda Çin istehsalı olan Sinovak ilə peyvənd böyük ehtimalla gələn həftədən başlayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.
Onun sözlərinə görə, "Sinovak" Ümumdünya Səhiyyə Təşkilatının icazəsini gözləyir, lakin peyvəndin Ümumdünya Səhiyyə Təşkilatının Elmi Mütəxəssislər Komitəsi tərəfindən çox yaxşı bir qiymətləndirməsi var.
“Bu məsələ İmmunizasiya Şurasının son iclasında müzakirə edildi. Sinovak Çinin beynəlxalq arenaya çıxardığı ikinci peyvəndidir. Çin bu peyvəndin 100 000 dozasını Gürcüstana bağışladı. Bu peyvəndlə artıq həm Çində, həm də müxtəlif ölkələrdə 100 milyondan çox insan peyvənd olunub. Bu səbəbdən bu peyvəndin tətbiqinə gələn həftə başlanılması planlaşdırılır.
Bu peyvənd ənənəvi üsullarla hazırlanıb və 18 yaşdan yuxarı əhalidə də istifadə oluna bilər. Digər peyvəndlərlə müqayisədə bu peyvəndin daha az yan təsiri var”- dedi Amiran Qamğrelidze.


