Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ-da gün ərzində koronavirusdan ən yüksək ölüm qeydə alındı

1,498
ABŞ-da gün ərzində koronavirusdan ən yüksək ölüm qeydə alındı
Dinləmək üçün basın

ABŞ-da artıq ikinci gündür koronavirusdan rekord sayda ölüm baş verir.

ABŞ-da artıq ikinci gündür koronavirusdan rekord sayda ölüm baş verir.

InterPress.ge TASS-a istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, gün ərzində Birləşmiş Ştatlarda yeni virusdan 1 973nəfər ölüb.

Məlumata görə, ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 430 376nəfər yoluxub. Ölkədə 14 739 nəfər pandemiyanın qurbanı olub, xəstəxanalarda müalicə edilən 23 707 nəfər sağalaraq evə buraxılıblar.

Qeyd edək ki, bundan əvvəlki antirekord aprelin 7-də qeydə alınıb. Həmin gün Birləşmiş Ştatlarda 1,7 mindən çox insan ölüb. Buna qədərki antikrekord isə aprelin 3-də qeydə alınıb. Aprelin 3-də ABŞ-da 1,4 min insan pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →