09 
Apr
2020
08:59
569

İtaliyada koronavirusdan ölənlərin sayı 17,6 mini ötdü

İtaliyada son 24 saatda 542 nəfər koronavirusun qurbanı olub.

InterPress.ge xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə pandemiya qurbanlarının sayı 17 669-a çatıb.

Bundan başqa, virusa yoluxanların rəsmi sayında da artım müşahidə edilib. Belə ki, yoluxanların sayı daha 1 195 nəfər artaraq 139 442-yə yüksəlib.

İtaliyada koronavirusdan sağalanların sayı isə 26 491 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 468 000-i ötüb. Bunların 316 436 nəfəri sağalıb, 85 442 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın