"Gürcüstanda fövqəladə vəziyyətin uzadılması barədə qərar epidemiologların tövsiyələrinə əsasən qəbul ediləcək".
InterPress.ge xəbər verir ki, bu haqda brifinqdə hökumətin sözçüsü İrakli Çikovani bildirib.
Gürcüstanda fövqəladə vəziyyət martın 21-də bir ay - aprelin 21-dək tətbiq edilib. Bununla yanaşı, epidemiologlar koronavirus xəstəliyinin zirvəsinin aprelin sonu - mayın əvvəlində baş verəcəyini bildiriblər.
"Fövqəladə vəziyyətin uzadılması ilə bağlı qərarın verildiyini söyləmək yanlışdır. Hər şey hadisələrin inkişafından və həkimlərimizdən və epidemioloqlarımızın tövsiyələrindən asılı olacaq" dedi Çikovani.
.jpg)