12 
May
2021
14:01
614

İsraildə raketin avtobusa düşməsi nəticəsində Gücüstan vətəndaşı yaralandı

İsrailin Xulon şəhərində raketin hərəkətdə olan avtobusu vurması nəticəsində gənc bir gürcü qadın yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İsraildəki gürcülərdən biri İnfo Rustavi-yə verib.

Şəxsin xəbər agentliyinə verdiyi məlumata görə, yaralı klinikaya yerləşdirilib və hazırda səhhəti qənaətbəxşdir. Qadının həyatı üçün təhlükə yoxdur.

Məlumata görə, hadisə qadın işdən evə qayıdarkən baş verib.

Bizimlə əlaqə saxlayın