12 
May
2021
10:35
382

12-15 may tarixlərinə olan hava proqnozu açıqlandı

12-14 may tarixlərində Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verir.

Mayın 12-də havanın temperaturunun dağ və aran rayonlarında gün ərzində +21, +26 dərəcə olacağı, mayın 13-14-də Gürcüstanın qərbində +30, +35 yüksələcəyi gözlənilir. Şərqi Gürcüstanda isə +27 + 32 dərəcəyədək yüksələcəyi gözlənilir.

"Mayın 15-də bəzi bölgələrdə yağış yağacaq, Gürcüstanın şərqində dolu müşahidə oluna bilər. Gürcüstanın qərbində havanın temperaturu 6-7 dərəcə azalacaq.
Mayın 15-dək Tbilisidə yağış yağmayacaq və mayın 15-də şimşək çaxacağı, qısamüddətli yağış müşahidə oluna bilər. Hava istiliyi 12 mayda +23, +25, 13-15 mayda +28, +30 olacaq”- Milli Ətraf Mühit Agentliyinin açıqlamasında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər