Salome Zurabişvili Şimali Makedoniya Prezidenti ilə görüşdən sonra açıqlama verdi
"Vətəndaşlarımızı Gürcüstan və Şimali Makedoniyaya girərkən viza almaq məcburiyyətindən azad edən bir müqavilə imzaladıq" .
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili, Şimali Makedoniya prezidenti ilə görüşdən sonra keçirilən ortaq mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, bu gün həmçinin rəsmi olaraq mədəniyyət sahəsində mühüm bir memorandum imzalanıb.
“Gürcüstan və Şimali Makedoniyaya girərkən vətəndaşlarımızı viza almaq məcburiyyətindən azad edən bir müqavilə imzaladıq. Bu saziş iki ölkə vətəndaşlarının qarşılıqlı münasibətlərini asanlaşdıracaq, turizm və iqtisadiyyat sahəsindəki əlaqələri gücləndirəcək. Bu gün Gürcüstan və Şimali Makedoniya mədəniyyət nazirləri tərəfindən mədəniyyət sahəsində əhəmiyyətli bir memorandum da imzalandı. Bu, dövlətlərimiz arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcının simvoludur.
Görüşdə cənab Prezidentə iqlim dəyişikliyi, ətraf mühitin qorunması kimi qlobal problemlər qarşısında vizionlarımızı birləşdirmək üçün kiçik dövlətlərimizi birləşdirməyi təklif etdim. Kiçik dövlətlər dünyanın səsini anlaması üçün səylərini birləşdirməlidirlər. Hər iki dövlət üçün vacib olan və əlaqələrimizi dərinləşdirəcək məsələlər, məsələn kiber təhlükəsizlik, saxta xəbərlər problemi barədə danışdıq. İlk səfərimizdən sonra ikitərəfli münasibətlərimizin möhkəmlənməsini arzulayıram və ümid edirəm cənab Prezident, yaxın gələcəkdə ölkəmizə səfər edəcəksiniz " , - dedi Salome Zurabişvili.


