Azərbaycanın Gürcüstandakı Səfiri və səfirlik nümayəndələri Marneuliyə səfər edəcəklər
Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 98 illiyi ilə bağlı Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və Səfirlik nümayəndələri bu gün Heydər Əliyevin abidəsini ziyarət edəcəklər və abidə önünə əklil qoyacaqlar.
InterPress.ge xəbər verir ki, Səfirlik nümayəndələri Tbilisidə fəaliyyət göstərən mədəniyyət muzeyinə qonaq olacaqlar və orada Heydər Əliyevin həyat və yaradıcılığını bir daha xatırlayacaqlar.
Rəsmi nümayəndələri daha sonra Rustaviyə yollanacaqlar. Faiq Quliyev Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndələri ilə bərabər Rustavidə Heydər Əliyev adına parkda abidə önünə əklil qoyacaqlar.
Daha sonra isə Səfirlik nümayəndələri Marneuliyə gələcəklər. Onlar Kvemo Kartli bölgəsində sərbəst güləş dostluq turnirinin qaliblərinin mükafatlandırma mərasiminə qatılacaqlar.
Bu gün eləcə də yetkinlər və gənclər arasında Heydər Əliyevin 98 illiyinə həsr olunmuş şahmat turniri də keçiriləcək.


