İrakli Ğaribaşvili: "Nika Melia girovu ödəməyəcəyini söylədi, məlum oldu ki, saxlanıldı və girovu da qəbul etdi"
"Qanunu həyata keçirmək və hamının buna tabe olması üçün heç vaxt heç kimdən icazə istəməyəcəyik, Nika Melia girovu ödəməyəcəyini söylədi, məlum oldu ki, saxlanıldı və girovu da qəbul etdi".
InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvil "Milli Hərəkat" ın sədri Nika Melia ilə əlaqədar açıqlama verib.
Baş nazirin sözlərinə görə, ölkədə heç kim heç vaxt qanunun üstündə dura bilməz.
“Bu gün ölkədə yoxsulluq, işsizlik, kovid pandemiyası kimi bir çox problemimiz var. Anlaşılmayan siyasətçilərin bacarıqsız tamaşaları və şouları məni maraqlandırmır. Bu adamın tutulmayacağını və girov ödəməyəcəyini söylədiyini yaxşı xatırlayırıq. Qanun həyata keçdi və biz heç vaxt qanunları həyata keçirmək və hamının buna tabe olması üçün heç kimdən icazə istəməyəcəyik, bu hamı tərəfindən xatırlanmalıdır. Bu ölkədə heç kim qanunun üstündə və ya altında dayanmır. Bu anlaşılmaz adam da daxil olmaqla heç kimdən icazə almayacağıq. Girovu ödəməyəcəyini deyirdi. Məlum oldu ki, saxladılar və girovu da lap yaxşı qəbul elədi", - dedi Baş nazir.


