Mərkəz rəhbəri kovid pasportun Koordinasiya Şurasına nə vaxt təqdim ediləcəyini açıqladı
"Kovid pasport gələn həftə Koordinasiya Şurasına təqdim edilə bilər".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze məlumat verib.
"Kovid pasportun elektron versiyasını dünən Səhiyyə Nazirliyinə təqdim etdik. Bəzi məsələləri daha da dəqiqləşdirmək tələbləri var. Buna görə bizim və Səhiyyə Nazirliyinin İnformasiya Texnologiyaları Qrupu bazar ertəsindən etibarən bu məsələlər üzərində işləməyə davam edəcək. Hüquqi məsələlər həll edildi. Fərdi məlumatlarla əlaqədar olaraq Fərdi Məlumatları Qoruma Müfəttişinin ofisi ilə daimi rejimdə əlaqədəyik və düşünürəm ki, kovid pasportun bu versiyası gələn həftə Koordinasiya Şurasına təqdim ediləcək”, - deyə Qamğrelidze Gürcüstanın Birinci Kanalına bildirib.


