08 
May
2021
18:01
382

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Zaza Qaxeladzenin ailəsi ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq həbs olunan Zaza Qaxeladzenin ailə üzvləri ilə görüşdü.

InterPress.ge xəbər verir ki, Hökümət Administrasiyasında keçirilən görüşdə Baş nazir Zaza Qaxeladzenin ailəsi ilə mərkəzi hökumətin qanunsuz olaraq həbs edilmiş Gürcüstan vətəndaşının sərbəst buraxılması üçün atdığı addımlar barədə danışdı.

Baş Nazir mərkəzi hökumətin Zaza Qaxeladzeni dərhal azad etmək üçün əlindəki bütün resurslardan istifadə etdiyini, bu məsələnin yüksək siyasi səviyyədə qaldırıldığını və beynəlxalq tərəfdaşlarla fəal şəkildə müzakirə edildiyini qeyd etdi.

İrakli Ğaribaşvili bir daha Zaza Qaxeladzeyə və ailəsinə dəstəyini bildirdi və Qaxeladzenin dərhal qanunsuz həbsdən azad edilməsinin dövlətin əsas prioritetlərindən biri olduğunu vurğuladı.

Qeyd edək ki, Zaza Qaxeladze, 11 iyul 2020-ci il tarixində Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq həbs edilmiş və 5 fevral 2021-ci ildə qanunsuz olaraq 12 il 6 ay həbs cəzasına məhkum edilmişdir.

Bizimlə əlaqə saxlayın