26 yaşlı qadına təcavüz edən şəxs haqda hakim qərar verdi
26 yaşlı qadına təcavüz etmək və intihara sövq etmək ittihamı ilə həbs olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvili məlumat verib.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçərək məhkəməyə müraciət edib və hakim tələbi təmin edib.
Mövcud məlumatlara görə, məhbusun məhkəmədə vəkili olmayıb.
İstintaqa görə təqsirləndirilən B.T. 5 May 2021-ci il tarixdə Tiflisdə 26 yaşında bir qadına psixoloji təzyiq edərək onu öldürməklə hədələyib və təcavüz edib. Ağır psixoloji-travmatik vəziyyətdə olan qadın səkkizinci mərtəbədən özünü ataraq intihar edib.
Saxlanılan şəxs Gürcüstanın Cinayət Məcəlləsinin 137-ci maddəsinin 2-ci hissəsinin B bəndinə və 115-ci maddəsinin 1-ci hissəsi ilə 8 ildən 10 ilədək həbs cəzasına məhkum edildi.


