Gürcüstanda peyvəndin birinci dozasından sonra neçə nəfərin koronavirusa yoluxduğu açıqlandı
"Gürcüstanda peyvənd olunduqdan sonra 300 nəfər virusa yoluxdu" .
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze jurnalistlər üçün keçirilən veb-seminarda açıqlama verib.
Onun sözlərinə görə, qeyd olunan hallar Xəstəliklərə Nəzarət Mərkəzinin mütəxəssisləri tərəfindən araşdırılır, lakin infeksiya demək olar ki, hər kəsdə olduqca yüngül və bir çox hallarda tamamilə simptomsuz keçib.
Məlumat üçün bildirək ki, dünən Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze peyvəndin ilk dozasından sonra kovidə yoluxmuş vətəndaşların ikinci dozanı virusun təsdiqlənməsindən 120 gün sonra vurduracaqlarını söyləyib. Onun sözlərinə görə, sözügedən tənzimləmənin asanlaşdırılması və müddətin azaldılması məsələsi müzakirə olunur.


