07 
May
2021
11:13
234

Ədliyyə Naziri və Nazirliyin əməkdaşları koronavirusa qarşı peyvənd olundular

Ədliyyə naziri Rati Breqadze, nazir müavini Akaki Sağinaşvili və Nazirliyin əməkdaşları ilə birlikdə "Sinopharm" ilə peyvənd olundular.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, fəaliyyəti xidmətlərin çatdırılması ilə əlaqəli olan və işin spesifikliyi səbəbindən hər gün yüzlərlə vətəndaşla əlaqə saxlayan nazirlik xidmətlərinin işçilərinə peyvənd vurulub. Onların arasında Ədliyyə Evi, Milli İcra Bürosu və Xüsusi Penitensiar Xidmətin əməkdaşları da var ki, Sinopharm ilə aşılanmaq istədiklərini bildirdilər.

"Peyvənd, bir tərəfdən, Ədliyyə Evi və İcra Bürosunun işçilərini Kovid 19-dan qoruyacaq, digər tərəfdən, bu idarələrin xidmətləri vətəndaşlar üçün daha da təhlükəsiz olacaq.Ədliyyə Evinə və Milli İcra Bürosuna gələn müştərilərə peyvənd olunmuş işçilər tərəfindən xidmət veriləcək və virusa yoluxma riski minimuma endiriləcək. Bu, Gürcüstanda epidemioloji vəziyyəti nəzərə alaraq çox vacibdir.

Sistemin bir ildən çox müddətdir ki, məhkumlarda koronavirusun yayılmasına qarşı effektiv mübarizə aparması diqqət çəkir. Bunun nəticəsidir ki, son vaxtlar aparılan intensiv PCR testləri zamanı Gürcüstan həbsxanalarında heç bir virus halı aşkar olunmayıb və bütün testlərin nəticələri mənfi olub”, - deyə Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın