07 
May
2021
09:54
592

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan Şahmat turniri keçiriləcək

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan Şahmat turniri keçiriləcəkdir.

Bu barədə InterPress.ge-yə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyindən məlumat verilib.

Səfirlik tərəfindən verilən məlumatda deyilir:

"Hörmətli Gürcüstan vətəndaşları!

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü və “SOCAR Georgia” şirkətinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan yeniyetmə və gənclər arasında Şahmat turniri keçiriləcəkdir.

Turnirdə iştirak etmək istəyən 8-14 və 14-35 yaş arası Gürcüstan vətəndaşları 2021-ci ilin 9 may tarixinədək Səfirliyin [email protected] ünvanına yazmaqla və ya +995-577-60-60-06 mobil nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Heydər Əliyev adına Şahmat turniri 10 May tarixində saat 10:00-dan etibarən Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) start götürəcəkdir.

Turnirin nəticələrinə əsasən həmin gün iki kateqoriya üzrə ilk üç yeri tutacaq Gürcüstan vətəndaşları Azərbaycan Respublikasının Tbilisi şəhərində yerləşən Səfirliyində Səfir Faiq Quliyev və Gürcüstanın Hökumətinin səlahiyyətli nümayəndələri tərəfindən təltif olunacaqlar.

Turnir Şahmatda İsveçrə ( 10 dəqiqə, əlavəsiz) sistemi adlanan qaydaya əsasən, hakimlərin nəzarəti altında keçiriləcəkdir".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər