07 
Apr
2020
14:52
1201

Son 24 saatda fövqəladə rejimi pozduğuna görə, 100-dən çox vətəndaş cərimələndi - VİDEO

Son 24 saat ərzində Gürcüstan polisi fövqəladə hallar və komendant saatı qaydalarını pozduğuna görə 167 cərimə tətbiq edib ki, bu da ötən həftədən bir neçə dəfə azdır.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilib.

Belə ki, martın 21-də Gürcüstanda fövqəladə vəziyyət elan edilib və martın 31-dən etibarən isə 21: 00-dan 06: 00-a qədər ölkədə komendant saatı tətbiq edildi.

Təkcə son bir gecədə polis komendant saatını pozduğuna görə 112 nəfəri cərimələyib. Digər 28 nəfər 2 metr məsafəni qorumadığı üçün və ya üç nəfərdən çox adamın bir yerə toplaşmasına qoyulan qadağayı pozduğları üçün cərimə olunub.

Bundan əlavə, son bir gün ərzində avtomobildə üç nəfərdən artıq olmasına qoyulan qadağanı 27 halları aşkarlandı. Qeyd edək ki, avtomobildə üç nəfərdən çox insana icazə verilmir. İki nəfər arxa oturacaqda olmalıdır.

Xatırladaq ki, fövqəladə hallar və komendant saatı qaydalarını pozduğuna görə, fiziki şəxslər üçün cərimə üç min lari, hüquqi şəxslər üçün isə 15 min təşkil edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər