06 
May
2021
14:12
661

David Kodua sərbəst buraxıldı

Arvadına və övladına qarşı şiddətə görə həbs olunan iş adamı Davit Kodua, 10 000 lari girov müqabilində sərbəst buraxıldı.

lnterPress.ge xəbər verir ki, bu barədə Kodanın vəkili Muxran Ğurçkaia məlumat verib.

Koduaya həbs qətimkan tədbiri olaraq seçilən həbs, girov müqabilində Tbilisi Şəhər Məhkəməsi tərəfindən dəyişdirildi.

Vəkilin qeyd etdiyinə görə, dəyişikliyin səbəbi Koduanın ciddi sağlamlıq vəziyyəti idi. Ğurçkaiaya görə, məhkəməyə yeni sənədlər təqdim etdilər, buna görə təqsirləndirilən şəxsin Avstriyada əməliyyat olunması və eyni zamanda istintaqa ehtiyacı var.

Vəkilin sözlərinə görə, Kodua artıq Avstriyada bir əməliyyat keçirib.

Məlumat üçün bildirək ki, Davit Koduaya 14 aprel tarixində Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdi. Gürcüstan Prokurorluğu iş adamı Davit

Koduanı həyat yoldaşına və övladına qarşı fiziki zorakılıqda ittiham etmişdi.

Kodua, Gürcüstanın Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin C bəndinə əsasən ailə üzvlərindən birinin ailənin digər üzvünə qarşı fiziki təzyiq və iki və ya daha çox şəxsə qarşı edilən zorakılıq maddəsi ilə ittiham olunmuşdu. Cinayət bir ildən üç ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər