06 
May
2021
10:28
288

Parlament üzvləri bu gün peyvənd olunacaqlar

Gürcüstan parlamentinin üzvləri bu gün, 6 may tarixində açıq şəkildə peyvənd olunacaqlar.

InterPress.ge xəbər verir ki, millət vəkilləri koronavirus peyvəndini akademik N.Ğipşidze adına Mərkəzi Universitet Klinikasında saat 13:00- da vurduracaqlar.

Xatırladaq ki, hökumət və parlament üzvləri bu həftədən peyvənd prosesinə cəlb edilib. İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, peyvənd prosesində prioritet qruplar ümumilikdə turizm və qonaqpərvərlik sektorunda işləyən insanlar, habelə ictimai nəqliyyat sürücüləri və nəzarətçiləridir.

Bizimlə əlaqə saxlayın