05 
May
2021
23:43
503

Ramazan ayının 23-cü gününün imsak, iftar vaxtları və duası

Sabah Ramazan ayının 23-cü günüdür.

InterPress.ge xəbər verir ki, mayın 6-da imsak vaxtı saat 04:02-də, iftar vaxtı isə 20:26-dadır.

23-cü günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!”

Tərcüməsi:
“İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın