Qafarova: "Azərbaycan və Gürcüstan strateji tərəfdaş və müttəfiqdir"
"Azərbaycan və Gürcüstan strateji tərəfdaş və müttəfiqdir".
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşü zamanı qeyd edib.
Azərbaycanın və Gürcüstanın yalnız qonşu deyil, həm də dost olduqlarını və xalqlarımız arasındakı bu dostluğun əsrlər boyu davam etdiyini vurğuladı.
“Hörmətli Baş nazir, ölkələrimiz - Azərbaycan və Gürcüstan qonşudur. Demək istəyirəm ki, biz yalnız qonşu deyil, həm də dostuq. Xalqlarımız arasındakı dostluq əsrləri əhatə edir.
Əsrlər boyu bir-birimizə dəstək olmuşuq. Onu da qeyd etmək istərdim ki, milli adət-ənənələrimizdə də çox oxşarlıqlar var. Yəqin ki, buna görə də çox sayda gürcü Azərbaycanda yaşayır. Onlar cəmiyyətimizin ayrılmaz hissəsidir. İndi Gürcüstanda bir çox azərbaycanlı yaşayır. Onlar da sizin ölkənizin ayrılmaz hissəsidir. İnanıram ki, bu iki icma millətlərimiz - ölkələrimiz arasında bir körpü rolunu oynayır. Azərbaycan və Gürcüstan strateji tərəfdaşlar və müttəfiqlərdir. Yüzdən çox hökumətlərarası sənəd imzalanıb və bildiyimə görə, hazırda 15 sənəd nəzərdən keçirilir. Əlbətdə ki, bu sənədlər müxtəlif sahələrdə münasibətlərimiz üçün hüquqi baza yaratdı. Bir çox əməkdaşlıq növümüz var, amma fikrimcə, ən əsası iqtisadi əməkdaşlıqdır. Keçən il - pandemiya dövründə, 2020-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 500 milyon dolları keçdi. Bu rəqəmlər əməkdaşlığımızın geniş miqyasına dəlalət edir. Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatının ən böyük sərmayəçilərindən biridir və Gürcüstan ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələrdə fəal iştirak edir" - deyə Azərbaycan Milli Məclisinin sədri bildirib.
Sahibə Qafarova, həmçinin Azərbaycan və Gürcüstanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyində mühüm rol oynadıqlarını söylədi.
"Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərlərini nəzərdə tuturam. Hörmətli Baş nazir, parlamentlərin ölkələr arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığı yaxşı bilinir. Qürur duyuram ki, Gürcüstan və Azərbaycan qanunverici orqanları arasında çox uğurlu əməkdaşlığımız var. Bu əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda olduğunu söyləmək istərdim. Parlamentimizdə Gürcüstan-Azərbaycan Dostluq Qrupu yaradıldı və Gürcüstan Parlamentində Azərbaycan-Gürcüstan Dostluq Qrupu da var. Ənənəvi olaraq bu iki parlament qrupu arasındakı əlaqə həmişə güclü olub və düşünürəm ki, bu gün də möhkəmdir. İnanıram ki, bu əbədi olacaq. Milli nümayəndə heyətlərimizin Avropa Şurası Parlament Assambleyası, NATO, Avronest, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İnter- Parlament Birliyi (IPU) və s. təşkilatlarla fəal əməkdaşlıq etdiyini vurğulamaq istəyirəm."- deyə Sahibə Qafarova qeyd etdi.


