04 
May
2021
12:57
255

Bolnisi meri Gürcüstanın qırmızı xaç cəmiyyətinin nümayəndələri ilə koronavirusa qarşı peyvnədlə bağlı işgüzar görüş keçirdi

Bolnisi bələdiyyəsinin meri David Şerazadaşvili Gürcüstanın qırmızı xaç cəmiyyətinin nümayəndələri ilə koronavirusa qarşı peyvəndlə bağlı işgüzar görüş keçirdi.

InterPress.ge xəbər verir ki, bu barədə Bolnisi meriyası məlumat verir.

Onların məlumatına görə, sözügedən görüşdə peyvəndləmə kampaniyasında qırmızı xaç cəmiyyətinin cəlb olunması barədə müzakirələr aparılıb. Qırmızı xaç Bolnisi bələdiyyəsində və bütünlükdə Kvemo Kartlidə peyvənd olunmaq istəyən vətəndaşlara xüsusi portalda qeydiyyatdan keçmə prosesində fəal şəkildə kömək edəcək.

“Peyvənd olunmaq istəyən vətəndaşlar qırmızı xaç cəmiyyətinin qaynar xəttinə 2 501 105 zəng etdikdən sonra könüllülər onlara qeydiyyatdan keçmə prosesində yardımcı olacaqlar. David Şerazadaşvili qırmızı xaç cəmiyyətinin nümayəndələrinə bu prosesdə Bolnisi bələdiyyəsi meriyasınında cəlb olunacağına və dəstəyinə dair söz verdi”- məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın