Polis qəbiristanlığa daxil olmaq istəyən ictimai fəalı saxlayıb
Varketilidə ictimai fəal Dampalo qəbiristanlığa daxil olmağa çalışsada polis tərəfindən icazə verilməyib.
lnterPress.ge xəbər verir ki, ehtimal ki, ictimai fəal polis avtomobilinə mindirilərək ərazidən çıxarılıb.
Fəalın dediyinə görə, o, babasının məzarı olan qəbiristanlığa gələrək içəri girmək istəyib, lakin polis ona icazə verməyib.
Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları dünən və bu gün Gürcüstan ərazisindəki qəbiristanlıqlara giriş yollarına və müəyyən edilmiş qaydaların icrası prosesinə nəzarət edirlər.
Polis məmurları həm paytaxtda, həm də bölgələrdə qəbiristanlıqlarla bağlı mövcud qaydaların riayət olunmasına nəzarət edirlər.
2, 3 və 4 may tarixlərində Gürcüstan Hökumətinin 23 may 2020-ci il tarixli 23 322 saylı qərarına əsasən, vətəndaşların Gürcüstan ərazisindəki qəbiristanlıq ərazilərinə girməsinə icazə verilmir.


