Avropa Komissiyası, AB üzv ölkələrini aşılanmış ziyarətçilər üçün səyahət məhdudiyyətlərini ləğv etməyə çağırır
Avropa Komissiyası, AB üzv ölkələrini aşılanmış şəxslər üçün səyahət məhdudiyyətlərini ləğv etməyə çağırır.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Kommisiyasının açıqlamasında bildirilib.
“Bu gün Avropa Komissiyası, AB-yə üzv ölkələrə dünyada peyvəndləmə kampaniyasının gedişatını və epidemioloji vəziyyəti nəzərə alaraq vacib olmayan səyahət məhdudiyyətlərini yüngülləşdirməyi təklif edir. Avropa Komissiyası AB-yə yalnız yaxşı epidemioloji şərtləri olan ölkələrdən deyil, eyni zamanda AB tərəfindən təsdiqlənmiş son dozada peyvənd vurdurmuş şəxslərdən də AB-yə girişə icazə verilməsini təklif edir", - deyilir Avropa Kommisiyasının açıqlamasında.
Bununla birlikdə, bu qayda ÜST-nin təcili istifadə prosedurundan keçmiş aşılara da şamil edilə bilər.
Peyvənd edilməyən uşaqlar, səyahətdən 72 saat əvvəl PCR testi mənfi olduqda aşılanmış valideynlərlə səyahət edə bilməlidirlər. Bu halda Üzv Dövlətlər əlavə test tələb edə bilərlər.


