Gürcüstan Milli Bankının 9 əməkdaşı koronavirusa yoluxub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından məlumat verilib.
Ötən həftə bankın 7 əməkdaşında koronavirus infeksiyası təsdiqlənib, hazırda isə virusa yoluxan əməkdaşların sayı 16 nəfər təşkil edir. Məlumatda həmçinin qeyd olunub ki, hazırda Gürcüstan Milli Bankının əməkdaşlarının 90%-i distant fəaliyyət göstərirlər.
