Baş nazir media nümayəndələrini təbrik etdi
"Media nümayəndələrini, hər bir jurnalisti Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə təbrik edirəm. Azad, yüksək məsuliyyətli media cəmiyyətin inkişafı və dövlətin gücləndirilməsi üçün əsas şərtlərdən biridir".
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili deyib.
İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcü Arzusu hakimiyyətə gələndə Gürcüstan Mətbuat Azadlığı İndeksində 100-cü yerdə idi və son illərdə aparılan islahatlar nəticəsində ölkə 40 pillə irəlilədi.
“Bu gün yalan xəbərlər və dezinformasiyaların yayılması demokratiya üçün əsas problemlərdən birinə çevrildikdə, media məsuliyyəti və peşəkarlığı daha böyük əhəmiyyət kəsb edir.
Mediya azadlığı və media plüralizmi konstitusiyamız tərəfindən zəmanət altına alınmışdır.
Gürcü Arzusu hakimiyyətə gələndə Gürcüstan Mətbuat Azadlığı İndeksində 100-cü sırada idi. Son illərdə aparılan islahatlar nəticəsində vəziyyət hiss ediləcək dərəcədə yaxşılaşmış və ölkəmiz 40 pillə irəliləmişdir. Bu gün regionda lider mövqedəyik və bir çox inkişaf etmiş ölkələrin önündəyik.
Hökumətimiz bu yöndə irəliləməyə, ifadə azadlığını qorumağa, medianın müstəqilliyini təmin etməyə davam edəcəkdir. Sizə şərəfli, çox vacib ictimai fəaliyyətinizdə uğurlar diləyirəm", - deyilir Baş nazirin təbrikində.


