03 
May
2021
12:42
598

Daxili İşlər Nazirliyi bəyanat yayır

Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstanın bütün ərazisində dünən və bu gün qəbiristanlıqlara giriş yollarına və tətbiq edilmiş qaydaların icrası prosesinə intensiv nəzarət edirlər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Məlumata görə, polis əməkdaşları bölgə və paytaxt qəbiristanlıqlarında mövcud qaydalara nəzarət edirlər.

"Xatırladaq ki, Gürcüstan Hökumətinin 23 May 2020-ci il tarixli 322 saylı qərarına əsasən, bu il 2, 3 və 4 may tarixlərində Gürcüstan ərazisində vətəndaşların qəbiristanlıqlara girməsi qadağandır. Qaydanı pozan şəxs üçün 2000 lari məbləğində cərimə nəzərdə tutulur. Qadağa yalnız dəfn prosesinə şamil edilmir.
Koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan ərazisindəki bütün şəxslərin Gürcüstanın xalq sağlamlığı sahəsindəki qanunvericiliyinin tələblərinə əməl etmələri vacibdir.

Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır ” , - Daxili İşlər Nazirliynin məumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər