03 
May
2021
10:54
783

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 509 eni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 312 954 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 200 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 294 252 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 12 nəfər ölüb və ölənlərin ümumi sayı 4 163 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 7 476 test aparılmışdır. Bunlardan 3 111-i sürətli antigen testi, 4 365-i isə PCR testidir.

Bizimlə əlaqə saxlayın