03 
May
2021
10:40
703

Qəbiristanlıqlara giriş qadağası bu tarixədək qüvvədə qalacaq

Gürcüstan ərazisində qəbiristanlıqlara giriş qadağası bu gün də qüvvədə qalacaq.

InterPress.ge xəbər verir ki, məhdudlaşdırma 2 may tarixindən etibarən qüvvəyə mindi və 4 may tarixinə qədər qüvvədə olacaq.

Qərar, tətil günlərində koronavirusun yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər çərçivəsində İdarələrarası Koordinasiya Şurası tərəfindən verilib.

Qadağa yalnız dəfn prosesinə şamil edilmir.

Daxili İşlər Nazirliyindğn verilən məlumata görə, onların bölmələri Gürcüstanın bütün ərazisini, qəbiristanlıqlara giriş yollarını və tətbiq edilmiş qaydaların icrasını intensiv şəkildə nəzarətdə saxlayır. Onların sözlərinə görə, polis əməkdaşları həm paytaxt, həm də bölgələrdəki qəbiristanlıqlara nəzarət edirlər.

Eyni zamanda, Daxili İşlər Nazirliyi qəbiristanlıqlara giriş qadağasını pozan şəxsin 2000 lari pul cəzası alacağını qeyd edib.

Bizimlə əlaqə saxlayın