03 
May
2021
09:08
172

Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan “Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər.

InterPress.ge xəbər verir ki, “Vaxzevria” peyvəndinin istifadəsi Azərbaycanın Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

COVAX platforması çərçivəsində Azərbaycana gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təsdiq edib.

Bizimlə əlaqə saxlayın